Sarı şirə

(0 Rəylər)

Daxili məhsul


Qiymət
₼0,00 /qram
Miqdarı
(0 mövcuddur)
Ümumi qiymət
Paylaş
Ən çox satılan

Seramik rəngli şirlər – emallar:

Seramik rəngli şirlər bisküvi üzərində rəngli şüşəşəkilli səth əmələ gətirir;

Seramik rəngli şir natrium bor silikat frit əsasında müvafiq rəngdə piqmentlər əlavə edilib üyütməklə hazırlanmışdır;

Şirənin 0063№-li ələkdən süzüldükdə qalıq 1%-in altındadır;

Şirin özülülüyü VZ-4 viskozimetrində 12-15 san təşkil edir;

Şirin işçi sıxlığı 1,40-1,48 q/sm3 təşkil etməlidir;

Şir bisküvi üzərinə çəkilməzdən öncə yaxşı qarışıdırılıb süzülməlidir;

Şir ağzı bağlı qabda saxlanılmalıdır;

Rəngli şir çəkilməzdən öncə bisküvi hava şırnağı altında tozdan və çirkdən tam təmizlənməlidir;

Şir çəkilmiş məmulatlar sobaya qoyulmazdan əvvəl yaxşıca qurudulmalıdır;

Şirləmə prosesi daldırma, tökmə və ya pulverizasiya ilə həyata keçirilir;

Məmulatın hər hansı bir yerinin şirlənməsi nəzərdə tutulmursa, həmin sahə parafinin xüsusi tərkibli məhlulu ilə işlənə bilər;

Seramik rəngli şir 1040-10600C-də bişirilmiş bisküvi üzərinə çəkilib 1040-10500C-də bişirilir.  Bu temperatur sobanın ölçülərindən, müəyyən olunan bişmə rejimindən asılı olaraq dəyişə bilər və təcrübə yolu ilə təyin edilir.

Oxşar məhsullar

Ən çox satılan