Nargisporcelain olaraq 2015-ci ildə Azərbaycanın Xırdalan şəhərində Fəaliyyətə başladıq. 2016-cı ilin fevralın 9-da rəsmi açılışımız oldu. Açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələri, mətbuat işçiləri və digər qonaqlar iştirak edirdilər. 1000 m2 qapalı istehsal sahəsində fəaliyyətə başladıq. “Keramika millətin pasportudur” sloqanı ilə milli tarixi keramika ənənələrimizi yaşatmaq, inkişaf etdirmək və dünyaya tanıtmaq vizyonumuzla ilk dəfə müstəqil Azərbaycanımızda bədii keramika məmulatlarının istehsalına başladıq. Sonrakı illərdə fəaliyyət dairəmizi xeyli genişləndirdik. Bədii keramika istehsalı üçün xammal materiallarının, boya və şirələrin, müxtəlif alət və avadanlıqların istehsalını və satışını, eyni zamanda keramikasevərlər üçün müvafiq kurslar və xidmətlərin göstərilməsini təşkil etdik. Bu gün Nargisporcelainin istehsal etdiyi hədiyyəliklər, xammal materialları, gillər, boyalar, şirələr, keramika sobaları, dulusçu dəzgahları, preslər, turnetlər və s. çox saylı müştərilərimizin zövqünü oxşayır, rəssamlarımızın arzularının reallaşdmasına öz konkret töhfəsini verir.
Azərbaycanın Bəddi keramika sənəti digər tətbiqi sənət növləri kimi qədim və şanlı tarixə malikdir. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər.