Porselen rəngli şirlər – emallar:
Porselen rəngli
şirlər bisküvi üzərində rəngli şüşəşəkilli səth əmələ gətirir;
Porselen rəngli
şir natrium bor silikat frit əsasında müvafiq rəngdə piqmentlər əlavə edilib
üyütməklə hazırlanmışdır;
Şirənin 0063№-li ələkdən
süzüldükdə qalıq 1%-in altındadır;
Şirin özülülüyü
VZ-4 viskozimetrində 12-15 san təşkil edir;
Şirin işçi
sıxlığı 1,40-1,48 q/sm3 təşkil etməlidir;
Şir bisküvi üzərinə
çəkilməzdən öncə yaxşı qarışıdırılıb süzülməlidir;
Şir ağzı bağlı
qabda saxlanılmalıdır;
Rəngli şir çəkilməzdən
öncə bisküvi hava şırnağı altında tozdan və çirkdən tam təmizlənməlidir;
Şir çəkilmiş məmulatlar
sobaya qoyulmazdan əvvəl yaxşıca qurudulmalıdır;
Şirləmə prosesi
daldırma, tökmə və ya pulverizasiya ilə həyata keçirilir;
Məmulatın hər hansı bir yerinin şirlənməsi nəzərdə tutulmursa, həmin sahə parafinin xüsusi tərkibli məhlulu ilə işlənə bilər;
Porselen rəngli şir 980-10000C-də bişirilmiş bisküvi üzərinə çəkilib 1140-11500C-də bişirilir. Bu temperatur sobanın ölçülərindən, müəyyən olunan bişmə rejimindən asılı olaraq dəyişə bilər və təcrübə yolu ilə təyin edilir.