Porselen ağ (bəyaz, opak) şir – ağ emal:
Porselen ağ şir
bisküvi üzərində ağ rəngli şüşəşəkilli səth əmələ gətirir və ağ əlavə boyasız,
transfer kağızı və ya şirüstü boyama üçün istifadə olunur;
Porselen ağ şir natrium bor silikat frit əsasında TiO2 və
ya ZrO2 və ya digər boğucularla tutqunlaşdırılmaqla hazırlanmışdır;
Şirənin 0063№-li ələkdən
süzüldükdə qalıq 1%-in altındadır;
Şirin özülülüyü
VZ-4 viskozimetrində 12-15 san təşkil edir;
Şirin işçi
sıxlığı 1,40-1,48 q/sm3 təşkil etməlidir;
Şir bisküvi üzərinə
çəkilməzdən öncə yaxşı qarışıdırılıb süzülməlidir;
Şir ağzı bağlı
qabda saxlanılmalıdır;
Bəyaz ağ şir çəkilməzdən
öncə bisküvi hava şırnağı altında tozdan və çirkdən tam təmizlənməlidir;
Şir çəkilmiş məmulatlar
sobaya qoyulmazdan əvvəl yaxşıca qurudulmalıdır;
Şirləmə prosesi
daldırma, tökmə və ya pulverizasiya ilə həyata keçirilir;
Məmulatın hər hansı bir yerinin şirlənməsi nəzərdə tutulmursa, həmin sahə parafinin xüsusi tərkibli məhlulu ilə işlənə bilər;
Porselen bəyaz şir 980-10000C-də bişirilmiş bisküvi üzərinə çəkilib 1140-11500C-də bişirilir. Bu temperatur sobanın ölçülərindən, müəyyən olunan bişmə rejimindən asılı olaraq dəyişə bilər və təcrübə yolu ilə təyin edilir.