Azərbaycan bədii keramikasının tarixinə
ekskursiya
Azərbaycanın Bəddi keramika sənəti digər tətbiqi sənət
növləri kimi qədim və şanlı tarixə malikdir. Mütəxəssislər sənətin bu sahəsinin meydana
çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən
qadınların məşğul olduğu dulusçuluq eneolit dövründə tətbiq edilən bir sıra
texniki nailiyyətlər və bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə
çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatda
da tədricən dekorativ xüsusiyyətlərinin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi
və nəbati motivlər əvvəlcə qoruyucu və ovsun mahiyyətli olmuş, tədricən,
onların dekorativ xüsusiyyətləri kəşf olunduqca, bəzək sistemlərinə çevrilmişlər.
İbtidai dövrdə zoomorf keramik qabların
meydana gəlməsi qədim insanlarda totеmistik və animistik anlayışların yaranması
ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların
yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur.
Tunc və dəmir dövrü keramikasının ayrıca
istiqamətini boyalı
qablar mədəniyyəti təşkil
edir. Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha
çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş
etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom
keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir. Bu dövrün bədii
keramikasındakı dekor prinsipləri və bir çox motivləri Ön Asiya, Yaxın Şərq
sivilizasiyaları ilə bədii-texnoloji əlaqələrin, təmasın olmasını sübut edir.
Azərbaycan ərazisində mövcud olmuş antik Albaniya (Qafqaz) dövlətinin keramika sənətinə artıq
Yunan-Roma sənətkarlığının təsiri izlənməkdədir. Yaloylu təpə (Qəbələ)
keramikasının konstruktiv və plastik xüsusiyyətləri bu mədəni kontaktların
bariz nümunəsidir.
Arxeoloji qazıntılar zamanı əldə edilmiş
tapıntılar göstərir ki, keramika erkən orta əsrlərdə də Azərbaycanda ən geniş
yayılmış sənət sahələrindən biri olmuşdur. Azərbaycanın Qəbələ, Beyləqan, Bakı,
Şamaxı, Mingəçevir, Naxçıvan və s. yerlərindən tapılmış saxsı məmulatları bu növün bədii və
texnoloji xüsusiyyətləri haqda bizə ətraflı məlumatlar verərək, keramik məmulatda
dekorativliyin artmasını nümayiş etdirirlər. Şirəaltı və şirəüstü keramika rəngkarlığı,
ştamp və s. texnoloji üsulların bədii ifadə vasitələri yeni materialların tətbiqi
ilə müşayiət olunur. Lyustr (lustreware) şirələrinin tətbiqi belə dekorativliyi
artıran amillərdən biri olmuşdur. Əldə olan məlumatlar göstərir ki, bu əsrlərdə
Azərbaycanda əhali arasında külli miqdarda istifadə edilən saxsı məmulatları əsas
etibarı ilə fırlanan dulusçuluq dəzgahı vasitəsilə düzəldilirdi. Dulusçu dəzgahından
çıxmış sürahi, tabaq, küpə, fincan, çıraq, kasa və s. saxsı məmulatları özünün
hamarlığı, formasının dəqiqliyi və yaxşı bişirilməsi ilə artıq fərqlənirdi.
Maral
formalı gil qab və zoomorf qabın hissəsi, Mingəçevir
Сосуд из селения Шахтахты. Середина II тысячелетия до. н. э.
Фрагмент керамического блюда типа «минаи» из Шамкира
Фрагменты керамических чаш типа «минаи» из Шамкира
Qara rəngli keramika
Alimlər qədim dövr Azərbaycan
dulusçuluğunu iki böyük hissəyə bölürlər. Bunlardan birincisi, qırmızı gil
keramika, ikincisi, cilalanmış qara rəngli keramikadır. Qədim dulusçuluq məmulatlarının
qırmızı və qara rəngdə olmasının sirrini ilk dəfə Türkiyənin dulusçuluq sənəti üzrə araşdırıcısı Nuru paşa açdı. İndi artıq
məlumdur ki, gil qablar kürədə bişərkən, gilin tərkibində olan dəmir duzları
istiliyin təsiri nəticəsində dəmir oksidinə çevrilir. Dəmir oksidləri isə
bişmiş qablara qırmızı, çəhrayı, qəhvəyi, sarımtıl qırmızı rənglər verir. Qədim
dulusçular gil qabları bu rənglərdən azad edib, onlara qara və boz rənglər vermək
üçün texnoloji üsul axtarıb tapmışlar. Onlar bu üsulu kəşf edərkən fiziki
qanuna, maddələrin istidən genişlənib, soyuqdan sıxılması qanununa əsaslanmışlar.
Cilalanmış qara rəngli keramikanın
yayılma ərazisi daha geniş olmuşdur. Bu tip keramikanın inkişafı eneolit
dövründə başlayıb tunc dövründə ən yüksək zirvəsinə çatmışdır. Bu cür
keramikaya Xanlar, Mingəçevir, Daşkəsən, Qazax və s. bölgələrin ərazisində tez-tez təsadüf
edilir. Bu keramikadan düzəldilmiş qab-qacaqlar öz formalarından daha çox üzərindəki
bəzəkləri ilə diqqəti cəlb edir. Arxeoloqlarımız bu tip keramika nümunələri üzərində
rast gəlinən naxış elementlərinin adi bəzək deyil, qədim yazı növləri
(piktoqram) olduğu fikrini də irəli sürmüşlər. Qazax bölgəsinin Babadərviş adlı
qədim yaşayış məskənindən bu tip yazılı qablar xüsusi ilə çox tapılmışdır. Qara
keramika üzərində rast gəlinən müxtəlif mahiyyətli şəkil, naxış nümunələri o
dövrdə əsasən iki üsulda icra olunurdu. Bunlardan biri cızma, o birisi isə
inkrustasiya idi. Onu da qeyd etmək lazımdır ki, qara keramika mədəniyyəti bu
dövrdə tək Şimali Azərbaycanda yox, Cənubi
Azərbaycan ərazisində
də öz yüksək inkişaf mərhələsini keçirmişdir.
Şirli
qablar
IX əsrdən başlayaraq Azərbaycanda şirli
qabların bədii tərtibatını zənginləşdirmək üçün anqob adlanan
gil məhluldan istifadə etmişlər. Anqob elə gildən hazırlanmalı idi ki, kürədə
bişəndən sonra öz təbii rəngini saxlamış olsun. Anqob gilləri ağ, qırmızı, çəhrayı,
sarı və başqa rənglərdə olsun. Anqob məhlul saxsı qabın həm daxili, həm də
xarici səthinə çəkilməklə onun təbii qırmızı və ya boz rənginin üstünü örtürdü.
Beləliklə, anqob şir ilə çəkilmiş təsvirlər və naxışlar üçün hamar və rəngli
fon yaradırdı.
Şirli qablar üç vəzifə daşıyırdı: həm yemək
qoyulmaq üçün işlənir, həm də otaqları, süfrələri bəzəyirdi. Bundan əlavə
qablardan memorial məqsədlər üçün də istifadə edilirdi. Odur ki, bir çox
qabların içində şerlərdən parçalara, quran ayələrinə və yaxud dulusçu ustaların
adlarına rast gəlirik.
İlk orta əsrlərin sonlarından başlayaraq
Azərbaycanda bədii keramika istehsalı daha yüksək səviyyəyə çatmışdı. Monqol
işğalına qədər davam etmiş bu yüksəliş dövründə keramikada güclü kəmiyyət və
keyfiyyət dəyişikliyi baş vermişdi. Ayaqla hərəkətə gətirilən çarxın meydana gəlməsi,
müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalının başlanması,
polixrom keramikanın kütləvi şəkildə tətbiq edilməsi yüksək keyfiyyətli saxsı məmulatının
istehsalı üçün daha əlverişli şərait yaradırdı. Keramik qabların üzərində artıq
ornamental kompozisiyalarla bərabər – süjetli motivlərə də rast gəlinir. Böyük
ölçülü dekorativ buludlarda belə kompozisiyalar daha çox rast gəlinir. Bu dövrdə
keramika sənətinin yayılması arealı Azərbaycanın demək olar ki bütün şəhər və
vilayətlərini əhatə edirdi. Bir çox yaşayış məntəqələrində, o cümlədən Beyləqanda
aparılan arxeoloji qazıntılar nəticəsində Azərbaycanda şirsiz və şirli qablar
istehsalının yüksək səviyyədə olduğunu sübut edən çoxlu materiallar aşkar
edilmişdir.
Səfəvilər
dövründə
Keramika
sənətinin inkişafında yeni mərhələni Səfəvilər dövrünün
kübar incəsənəti təşkil edir. Bir çox hallarda saray karxanalarında peşəkar sənətkarlar
tərəfindən hazırlanmış keramik qabların çeşidində, formasında və dekorunda
saray mədəniyyətinə xas incəlik, zəriflik və kübarlıq bərqərar olunur. Belə
saray keramikası bir çox hallarda xalq sənətkarlığının inkişafına təsir göstərərək,
kütləvi istehsalda da dekorativ keyfiyyətlərin artmasına gətirib çıxarır.
Səfəvilər dövründə keramika sənətinin
dulusçuluq istiqaməti ilə bərabər, yeni, memarlıq keramikası istiqaməti də çiçəklənir.
Sarayları, malikanələri və dini tikililəri bəzəyən kaşıkarlıq sənəti
keramikanın yeni bədii imkanlarını nümayiş etdirdi. Ornamental və süjetli kaşı
rəngkarlığı interyer və eksteryerlərin aparıcı dekor sistemlərini müəyyən
edirdilər. Dekorativ keramik pannolar şəklində yaradılan belə dekor sistemləri
saray memarlığının ayrılmaz hissəsinə çevrilirlər.
Keramik qab-qacaq istehsalı da bu dövrdə
yüksək mərhələyə qalxır. İncəliklə səciyyələnən səfəvi keramikası üzərində çox
sıx ornamental kompozisiyalara və kitab miniatürlərindən bəhrələnən, klassik ədəbiyyat
süjetlərini əks etdirən süjetli kompozisiyalar meydana gəlir. Saray həyatını, məişətini,
personajlarını əks etdirən süjetli motivlər farfor üzərində böyük incəliklə təsvir
olunurlar.
Xanlıqlar
dövründə məişət keramikası
Müstəqil Azərbaycan xanlıqlarının mövcud
olduqları XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəlində dulusçuluq
istehsalının aparıcı sahəsi kimi daha çox məişət keramikasından söhbət açmaq
olar. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu
gil məmulatları hazırlayırdılar. Tədqiqatlar göstərir ki, məişətdə işlədilən
dulusçuluq məhsulu öz təyinatına görə bir neçə qrupa bölünür. Bunların arasında
su qabları, yemək qabları, süd məhsulları üçün qablar, evlərin qızdırılması və
işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tuturdular.
Təkcə məişətdə işlədilən su qablarının
bir neçə növü su daşımaq üçün (səhəng, cürdək, bardaq, sərhəng, kuzə), su
saxlamaq və süfrədə işlətmək üçün (küp, sürahi, qurqur, dolça, parç, tayqulp),
yuyunmaq və dəstəmaz almaq üçün (aftafa, lüləyin və s.) bir sıra müxtəlif təyinatlı
saxsı qablar istehsal edilirdi. Ümumiyyətlə isə, orta əsrlərdə dulus ustaları
50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarırdılar.
Xanlıqlar dövrünə aid arxiv sənədlərində
və digər yazılı mənbələrdə Azərbaycanın Şamaxı, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan, Gəncə, Ordubad və
s. şəhərlərində saxsı məmulatının istehsalı barədə məlumat verilir. Bu məlumatlardan
aydın olur ki, Şəki xanlığının bir çox kəndlərində və Nuxada gil qablar
hazırlayırdılar. Təkcə Şəki şəhərində saxsı səhəng istehsal edənlərin sayı 29 nəfərə
çatırdı.
Digər xanlıqlarla müqayisədə Naxçıvan
xanlığında saxsı qablar istehsalı haqqında məlumat daha çoxdur. Lakin əksər
hallarda bu məlumatlar bir-birilərini təkrar edirlər. Naxçıvan xanlığının
Rusiya tərəfindən işğalı dövründə Naxçıvan və Ordubad şəhərlərinin
hər birində 12 dulusçu emalatxanası fəaliyyət göstərirdi. Ordubaddakı dulusçu
emalatxanalarından biri yararsız hala düşmüş karvansarada yerləşirdi. Xanlığın
Təzəkənd adlı yaşayış məntəqəsində Naxçıvan hakimi Ehcan xana məxsus saxsı səhəng
istehsal edən emalatxananın fəaliyyət göstərməsi haqqında da məlumat var.
Dulusçuluq istehsalının Bakıda da mövcud
olması ehtimalını irəli sürmək olar. Şəhərin ətrafındakı müxtəlif növ gil
yataqları burada saxsı qabların istehsalı üçün əlverişli şərait yaradırdı.
1946-cı ildə şəhərin qala hissəsində aparılmış qazıntı işləri zamanı XVII-XVIII
əsrlərə aid edilən xeyli miqdarda şirli qablar – kasa, boşqab, badya və s.
tapılmışdır ki, bunların da əksəriyyəti yerli istehsalın məhsulları idilər. Bu
dövrdə dulus məmulatı ilə bərabər kaşıkarlıq sənəti də öz çiçəklənmə dövrünü
keçirir. Feodal hakimlərin saraylarını bəzəyən kaşılı süjetli və ornamental
pannolar, buxurdanlar və hamam divarların xarici səthləri keramik lövhələrdən
ibarət dekorativ kompozisiyalarla zənginləşdirilirlər. Şəki xanlarının sarayı
keramik dekorla divar rəngkarlığı dekorunun sintezini özündə əks etdirir.
XIX
– XX əsrlərdə
XIX – XX əsrin əvvəllərində keramik
pannolar artıq Bakı milyonçularının malikanələrini bəzəyirlər. Klassik müsəlman
Şərqinə xas dekor motivləri burada Avropa dekorativ və təsviri sənətinə xas
motivlər ilə vəhdət təşkil edirlər. Ağsu şəhəri yaxınlığında aşkar olunmuş və
XIX əsrə aid saray kompleksi qalıqlarından tapılmış keramik lövhə üzərində
Qacarlar üslubuna uyğun “aşiq – məşuq” süjeti təsvir olunmuşdur. Qacarlar
dövründə saray mədəniyyətinin çiçəklənməsi keramika sənətinin inkişafına da
güclü təkan verir. Keramik məmulatın çeşidi genişlənir və bu üsluba uyğun
olaraq, qab-qacaq, müxtəlif mücrülər, qəlyanlar, qələmdanlar və lampalar
süjetli medalyonlarla bəzədilirlər. Əsasən miniatür portretlərin, məhəbbət səhnələrinin
və əyləncələrin şirəüstü və şirəaltı üsul ilə keramik əşyaların üzərində təsviri
aparıcı dəb kimi geniş yayılır.
XX əsrdə və müasir dövrdə bədii keramika
sənəti bu sahədə olan zəngin ənənələri davam etdirərək, yeni-yeni texnoloji
üsullarla zənginləşmişdir. Keramika sənətkarları daha mürəkkəb keramik formaların
tətbiqi ilə bərabər dekorativ ifadə vasitələrində də yeniliklər yaratmışlar.
XX əsrin ilk yarısında keramikanın
inkişafı Lətif Kərimov ilə bağlı idi. Onun əsərlərinə
medalyonda respublika gerbi (1939), pambıq güllər və
gövdələr ilə bəzədilmiş vaza daxildir. Həmçinin 1962-ci ildə G.U.Hüseynovun tərtib
etdiyi qəhvə dəsti kimi yeni qab formaları ortaya çıxmağa başladı. Ənənəvi
formaların yeni tərtibatları da işlənməyə başladı. Rəssam L.Ağamalovanın
"Dekorativ vaza" əsərində onun əvvəllər sevdiyi, kütləvi qaydada
buraxılan məhsullar üçün yaratdığı və istifadə etdiyi göy və qara şirdən
uzaqlaşaraq, bütünlüklə ənənəvi xalq keramikasına müraciət etmişdir. Buna əlavə
olaraq keramikanın miniatür rəsmləri ilə (Təbriz miniatür məktəbi) bəzədilməsinə
başlandı. O.Y.Şıxəliyevin "Fərhad və Şirin" vazası (1958) bunun bir nümunəsidir.
Sovet dövrü illərində Azərbaycanda fəaliyyət
göstərmiş Bədii Fondun keramik emalatxanasından çıxan keramika əsərləri və
onların müəllifləri bir çox ümumittifaq və beynəlxalq sərgilərdə diplom və
sertifikatlarla təltif olunmuşlar. Müasir keramika ustaları sırasında Zahid
Hüseynovun, Ədalət Bayramovun, Saleh Məmmədovun, İmran Kərimovun,
Nailə Sultanovanın, Aygün Əliyevanın, Nağı və b. adlarını çəkmək olar. Keramik pannolar,
qab-qacaq, keramik park heykəltəraşlığı və digər müasir keramika sənətinin
istiqamətləri bu qədim sənətin hazırkı inkişaf mərhələsini və səviyyəsini əks
etdirirlər.
Sovet dövründə çini və saxsıdan
hazırlanan heykəl fiqurlarının kütləvi istehsalına başlanır. Çini və saxsıdan
düzəldilmiş xalq müdriki Molla Nəsrəddinin satirik hekayələrindən olan
obrazlar, bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan"
operettasından personajlar, H.Abdullayevin "Yeddi
gözəl" çini fiqurları bunlara misal göstərilə bilər.
1970–1980-ci illərdə Moskva, Sankt-Peterburq, Tiflisdə və
başqa şəhərlərdə təhsil almış keramika üzrə mütəxəssis rəssamlara Zahid
Hüseynovu, Ş.Abbasovu, Məzahir Avşarı, Eldar Məmmədovu və başqalarını misal
göstərmək olar. Məzahir Avşar "Xürrəmilər" kompozisiyası,
"Afşaran" vazası, "Nəsimiyə"
həsr edilmiş bədii nimçələr, Türkiyədə keramikadan hazırlanmış
"Totem" xatirə-abidəsi ilə məşhurdur.
1950-ci illərdə bədii keramikanın maraqlı
növlərindən biri sayılan mayolika da geniş inkişaf etməyə başlayır. Yerli
istehsalat bazasında yaradılan mayolika bir çox ictimai və inzibati binaların
dekorativ bəzədilməsində geniş tətbiq olunmağa başlandı. 1980-ci illərin
sonundan başlayaraq ictimai binaların, metro stansiyalarının interyer və
eksteryerlərində dekorativ keramika kompozisiyalarından bol istifadə olunurdu.
Bunlara misal olaraq, "Yaşıl
Teatr"da, Kondisionerlər zavodunun fasadında, Uşaq stomatoloji
klinikasının və "28 may" metro stansiyasının interyerində, Şamaxı şəhərinin
girəcəyində şamotdan "Şamaxının inkişafının tarixi" adlı keramik
panno (Nicat Qocamanlı, 1979-cu il), Dəniz
kənarı bulvarda Kukla teatrının tərtibatını
(Rasim Rzayev, 1986) mial göstərmək mümkündür.
Экскурс в историю художественной керамики Азербайджана
Художественное керамическое искусство Азербайджана имеет древнюю и славную
историю, как и другие виды прикладного искусства. Специалисты относят
возникновение этого направления искусства к периоду неолита. Сначала гончарное
дело, которым в основном занимались женщины, стало самостоятельным искусством в
результате ряда технических достижений и художественной эволюции, появившихся в
период энеолита. Формирование эстетических представлений у местных жителей
постепенно привело к увеличению декоративности керамических изделий. Простые
геометрические и растительные мотивы изначально были защитными и чарующими, и
постепенно, по мере раскрытия их декоративных свойств, они стали декоративными
системами.
Появление зооморфных керамических сосудов в первобытный период связано с
возникновением у древних людей тотемистических и анимистических представлений.
Ритуальное назначение этих изделий объясняется тем, что они встречаются только
в могильном инвентаре.
Отдельным направлением керамики
бронзового и железного веков является культура расписных сосудов. Красочная
керамическая культура, охватывающая бронзовый и железный века, открывает нам
новые возможности и стремления к более художественно-выразительному
декорированию.
Полихромная керамика, обнаруженная в Культепинском некрополе Нахчывана,
отражает новый этап развития этого искусства. Принципы декора и многие мотивы в
художественной керамике этого периода свидетельствуют о наличии
художественно-технологических связей и контакта с цивилизациями Передней Азии и
Ближнего Востока. Влияние греко-римского мастерства прослеживается в
керамическом искусстве древнего Албанского (Кавказского) государства,
существовавшего на территории Азербайджана. Конструктивные и пластические
особенности керамики Ялойлу-Тепе (Габала) являются ярким примером этих
культурных контактов.
Находки, полученные в ходе археологических раскопок, показывают, что
керамика была одним из самых распространенных видов искусства в Азербайджане в
раннем средневековье. Азербайджанские Габала, Бейлаган, Баку, Шамаха,
Мингячевир, Нахчыван и др. Найденная на памятнике керамика дает нам подробные
сведения о художественно-технологических особенностях этого типа и
свидетельствует о повышении декоративности керамических изделий. Подглазурная и
надглазурная керамическая роспись, штамп и др. средства художественной выразительности
технологических приемов сопровождаются применением новых материалов. Одним из
факторов, повысивших такую декоративность, было применение люстровых
(люстровых) глазурей.
Имеющиеся сведения показывают, что глиняная посуда, широко использовавшаяся
населением Азербайджана в эти века, в основном изготавливалась с помощью
вращающегося гончарного станка. Кувшины, тарелки, кувшины, чашки, светильники,
миски и т. д., вышедшие из гончарного станка. керамика уже тогда отличалась
гладкостью, точностью формы и хорошим обжигом.
Черная керамика
Ученые делят древнюю
азербайджанскую керамику на две основные части. Первая из них – это керамика из
красной глины, а вторая – это полированная черная керамика. Секрет красного и
черного цветов древней глиняной посуды впервые раскрыл турецкий исследователь
гончарного дела Нуру Паша. Сейчас уже известно, что при обжиге глиняных горшков в
шаре соли железа, содержащиеся в глине, под действием тепла превращаются в
окись железа. Оксиды железа придают выпечке красный, розовый, коричневый,
желтовато-красный цвета. Древние гончары освободили глиняные сосуды от этих
красок и нашли технологический способ придания им черного и серого цветов.
Когда они открыли этот метод, они основывались на физическом законе, законе
расширения веществ от тепла и сжатия от холода.
Ареал распространения
полированной черной керамики был шире. Развитие этого вида керамики началось в
эпоху энеолита и достигло наивысшего расцвета в эпоху бронзы. К этому виду
керамики относятся ханларская, мингячевирская, дашкесанская, газахская и др.
это часто происходит на территории регионов. К этому виду керамики относятся ханларская,
мингячевирская, дашкесанская, газахская и др. это часто происходит на
территории регионов. Эта керамическая посуда больше привлекает внимание своим
украшением, чем формой. Наши археологи также выдвинули идею о том, что элементы
узора, обнаруженные на керамических образцах этого типа, представляют собой не
обычные украшения, а древние виды письма (пиктограммы). Именно такие именные
сосуды были обнаружены на городище Бабадарвиш в Казахской области. В то время
существовало в основном два метода рисования и образцы узоров, найденные на
черной керамике. Один из них царапался, а другой был инкрустация. Следует также отметить,
что в этот период культура черной керамики прошла свой высокий этап развития не
только в Северном Азербайджане, но и в Южном Азербайджане.
Глазированные блюда
В Азербайджане, начиная с IX
века, глиняный раствор, называемый ангоб, использовался для обогащения
художественного оформления глазурованных сосудов. Ангоб должен был быть сделан
из такой глины, чтобы после обжига в сфере он сохранял свой естественный цвет.
Ангобные глины могут быть белого, красного, розового, желтого и других цветов.
Ангобский раствор наносился как на внутреннюю, так и на внешнюю поверхность
керамики, перекрывая ее естественный красный или серый цвет. Таким образом,
ангоб служил гладким и красочным фоном для изображений и узоров, написанных
львом.
Глазированная посуда выполняла
три функции: ею подавали еду, украшали комнаты и столы. Кроме того, суда
использовались и в мемориальных целях. Вот почему мы находим фрагменты стихов,
коранических стихов или имена гончаров во многих горшках. Начиная
с конца первого Средневековья производство художественной керамики в
Азербайджане достигло более высокого уровня. В этот период роста,
продолжавшийся до монгольского нашествия, в керамике произошли сильные
количественные и качественные изменения. Появление ножного колеса, начало
производства глазурованной посуды в различных гончарных центрах, массовое
применение полихромной керамики создали более благоприятные условия для
производства высококачественной керамики. Наряду с орнаментальными композициями
на керамических сосудах встречаются и сюжетные мотивы. Такие композиции чаще
встречаются в больших декоративных облаках. В этот период распространение
керамического искусства охватило почти все города и провинции Азербайджана. В
результате археологических раскопок, проведенных во многих поселениях, в том
числе и в Бейлагане, было найдено множество материалов, свидетельствующих о
высоком уровне производства неглазурованных и глазурованных сосудов в
Азербайджане. В эпоху Сефевидов
Новым этапом в развитии
керамического искусства является кубарское искусство Сефевидского периода. Во
многих случаях разнообразие, форма и декор керамических сосудов, изготовленных
профессиональными мастерами в дворцовых каменоломнях, создают изысканность,
изящество и величие, характерные для дворцовой культуры. Такая дворцовая
керамика во многих случаях влияет на развитие народных промыслов и приводит к
повышению декоративных качеств в массовом производстве.
В эпоху Сефевидов, наряду с
гончарным направлением керамического искусства, расцветало новое направление
архитектурной керамики. Искусство кашикари, украшавшее дворцы, особняки и
культовые сооружения, продемонстрировало новые художественные возможности
керамики. Орнаментальная и узорчатая роспись изразцов определила ведущие
декоративные системы интерьеров и экстерьеров. Такие системы декора, созданные
в виде декоративных керамических панно, становятся неотъемлемой частью
дворцовой архитектуры.
Производство керамической посуды также достигает высокой стадии в этот
период. На сефевской керамике, отличающейся ажурностью, встречаются очень
плотные орнаментальные композиции и сюжетные композиции, отражающие
классические литературные сюжеты, которые выигрывают от книжной миниатюры.
Сюжетные мотивы, отражающие дворцовую жизнь, быт, характеры, с большой
деликатностью изображены на фарфоре.
Бытовая керамика в период ханства
Во второй половине 18 века -
начале 19 века, когда существовали независимые азербайджанские ханства, можно
больше говорить о бытовой керамике как о ведущей отрасли гончарного
производства. Азербайджанские гончары изготовляли множество изделий из глины,
используемых в разных сферах быта. Исследования показывают, что гончарные
изделия, используемые в домашнем хозяйстве, делятся на несколько групп по
назначению. Среди них основное место заняли емкости для воды, пищевые емкости,
емкости для молочных продуктов, емкости, предназначенные для отопления и
освещения домов. Несколько видов емкостей для воды, используемых только в
быту, используются для переноски воды (саханг, курдак, бардак, сарханг, кузза),
для хранения воды и подачи ее на стол (кувшин, кувшин, гургур, долза, парч,
тайгулп), для для мытья и омовения (афтафа). , бочка и др.) был изготовлен ряд
гончарных сосудов различного назначения. В целом гончары в средние века умели
изготавливать более 50 различных видов посуды.
В архивных документах и других
письменных источниках ханского периода упоминаются Шамаха, Шеки, Ардебиль,
Тебриз, Нахчыван, Гянджа, Ордубад и др. Азербайджана. сведения о производстве
гончарных изделий в городах. Из этих сведений видно, что во многих селениях
Шекинского ханства и Нухи изготавливались глиняные горшки. Только в городе Шеки
было 29 гончаров.
По сравнению с другими ханствами, в Нахчыванском ханстве имеется больше
сведений о гончарном производстве. Но в большинстве случаев эти данные
повторяют друг друга. Во время оккупации Нахчыванского ханства Россией в каждом
из городов Нахчывана и Ордубада действовало по 12 гончарных мастерских. Одна из
гончарных мастерских Ордубада располагалась в заброшенном караван-сарае.
Имеются также сведения о функционировании гончарной мастерской, принадлежавшей
судье Нахчывана Эхджан-хану, в селении Тазакенд ханства.
Можно предположить, что в Баку существовало и гончарное производство.
Залежи различных видов глины вокруг города создавали благоприятные условия для
производства гончарных изделий. В 1946 г. при раскопках, проведенных в
крепостной части города, было обнаружено большое количество глазурованных
сосудов XVII-XVIII вв. было установлено, что большинство из них были продукцией
местного производства. В этот период, наряду с гончарным делом, процветало и
искусство изготовления ложек. Изразцовые и орнаментальные панно, украшающие
дворцы феодальных правителей, кадильницы, наружные поверхности стен ванных
комнат обогащены декоративными композициями из керамических тарелок. Дворец
шекинских ханов отражает синтез керамического декора и декора настенной
росписи.
В 19 и 20 веках
В начале 19 и 20 веков
керамические панно уже украшали особняки бакинских миллионеров. Декоративные
мотивы, характерные для классического мусульманского Востока, соединяются здесь
с мотивами, характерными для европейского декоративно-изобразительного
искусства. На керамической плите, обнаруженной близ города Агсу и найденной
среди остатков дворцового комплекса, относящегося к XIX веку, изображен сюжет «любовник-любовник»
по каджарскому стилю. Расцвет дворцовой культуры в гаджарский период дал
сильный толчок развитию керамического искусства. Ассортимент керамической
посуды расширяется, и в соответствии с этим стилем посуда, различные кувшины,
кальяны, подставки для ручек и светильники украшаются медальонами с мотивами. В
качестве ведущей моды распространяется преимущественно изображение миниатюрных
портретов, любовных сцен и игр на керамических изделиях надглазурным и
подглазурным способом.
В 20 веке и в Новое время художественное керамическое искусство продолжило
богатые традиции в этой области и обогатилось новыми технологическими приемами.
Наряду с введением более сложных керамических форм художники-керамисты также
создавали новшества в средствах декоративной выразительности.
Развитие керамики в первой
половине 20 века связано с Лятифом Керимовым. Его работы включают герб
республики в медальоне (1939 г.), вазу, украшенную хлопковыми цветами и
стеблями. Также в 1962 году стали появляться новые формы посуды, такие как
кофейный сервиз конструкции Г. У. Гусейнова. Также начали разрабатываться новые
конструкции традиционных форм. В «Декоративной вазе» Л. Агамаловой художник
отошел от ранее любимой сине-черной глазури, созданной и использованной для массовых
изделий, и полностью обратился к традиционной народной керамике. Кроме
того, керамика украшалась миниатюрной росписью (тебризская школа миниатюры).
Примером тому служит ваза О. Ю. Шихалиева «Фархад и Ширин» (1958 г.)
Керамические изделия из керамической мастерской Художественного фонда,
действовавшего в Азербайджане в советское время, и их авторы были отмечены
дипломами и грамотами на многих всесоюзных и международных выставках. Среди
современных мастеров-керамистов Захид Гусейнов, Адалат Байрамов, Салех Мамедов,
Имран Керимов, Наиля Султанова, Айгюн Алиева, Надь и другие. можно назвать
имена. Керамические панно, посуда, керамическая парковая скульптура и другие
направления современного керамического искусства отражают современный этап и
уровень развития этого древнего искусства.
В советское время началось
массовое производство фарфоровых и фаянсовых статуэток. В качестве примеров
можно привести фигуры из сатирических рассказов народного мудреца Моллы
Насреддина, персонажей оперетты композитора Узеира Гаджибекова «Аршин мал алан»
и «Семь прекрасных» Г. Абдуллаева, фарфоровые статуэтки из фарфора и фаянса.
В 1970-х и 1980-х годах можно назвать Захида Гусейнова, Ш. Аббасова,
Мазахира Авшара, Эльдара Мамедова и других мастеров-керамистов, обучавшихся в
Москве, Санкт-Петербурге, Тбилиси и других городах. Мазахир Авшар известен
своей композицией «Хуррамилар», вазой «Афшаран», художественными подносами,
посвященными «Насими», керамическим памятником «Тотем» в Турции.
В 1950-е годы стала широко
развиваться майолика, считающаяся одним из интересных видов художественной
керамики. Майолика, созданная на местной производственной базе, стала широко
использоваться в декоративной отделке многих общественных и административных
зданий. С конца 1980-х годов декоративные керамические композиции стали широко
использоваться в интерьерах и экстерьерах общественных зданий и станций
метрополитена. Например, в «Зеленом театре», на фасаде завода кондиционеров, в
интерьере Детской стоматологической поликлиники и станции метро «28 Мая», на
въезде в город Шамаха шамотное керамическое панно под названием « История
развития Шамахы» (Ниджат Годжаманлы, 1979), Дениз край Можно указать на
планировку Театра кукол (Расим Рзаев, 1986) на бульваре.
Excursion to the history of artistic ceramics of
Azerbaijan
The artistic ceramic art of Azerbaijan has an ancient and glorious history,
like other types of applied art. Experts attribute the emergence of this art
direction to the Neolithic period. At first, pottery, which was mainly
practiced by women, became an art in its own right as a result of a series of
technical advances and artistic evolution that appeared during the Chalcolithic
period. The formation of aesthetic ideas among local residents gradually led to
an increase in the decorativeness of ceramic products. Simple geometric and vegetal motifs were originally
protective and charming, and gradually, as their decorative properties were
revealed, they became decorative systems.
The appearance of zoomorphic
ceramic vessels in the primitive period is associated with the emergence of
totemistic and animistic ideas among ancient people. The ritual purpose of
these products is explained by the fact that they are found only in grave
goods.
A separate direction of Bronze
and Iron Age ceramics is the culture of painted vessels. The colorful ceramic
culture spanning the Bronze and Iron Ages shows us new possibilities and
pursuits of more artistically expressive decoration. The polychrome ceramics
discovered in the Kultepa necropolis of Nakhchivan reflect the new stage of
development of this art. The principles of decor and many motifs in artistic
ceramics of this period prove the existence of artistic-technological relations
and contact with the civilizations of Front Asia and the Middle East. The
influence of Greco-Roman craftsmanship can be traced to the ceramic art of the
ancient Albanian (Caucasus) state that existed in the territory of Azerbaijan.
Constructive and plastic features of Yaloylu Tepe (Gabala) ceramics are a clear
example of these cultural contacts.
The findings obtained during
the archaeological excavations show that ceramics was one of the most
widespread art fields in Azerbaijan in the early Middle Ages. Azerbaijan's Gabala,
Beylagan, Baku, Shamakhi, Mingachevir, Nakhchivan, etc. The pottery found at
the site gives us detailed information about the artistic and technological
characteristics of this type and demonstrates the increase of decorativeness in
ceramic products. Under-glaze and above-glaze ceramic painting, stamp, etc. the
means of artistic expression of technological methods are accompanied by the
application of new materials. The application of luster (lustreware) glazes was
one of the factors that increased such decorativeness. The available
information shows that the earthenware used in large quantities among the
population of Azerbaijan during these centuries was mainly made by means of a
rotary pottery loom. Jugs, plates, jugs, cups, lamps, bowls, etc. that came out
of the potter's bench. pottery was already distinguished by its smoothness,
precision of form and good firing.
Black ceramic
Scholars divide ancient
Azerbaijani pottery into two major parts. The first of them is red clay
ceramics, and the second is polished black ceramics. The secret of the red and
black colors of the ancient pottery was first revealed by Turkish pottery
researcher Nuru Pasha. Now it is already known that when clay pots are baked in
a ball, the iron salts contained in the clay turn into iron oxide due to the
effect of heat. Iron oxides give baked dishes red, pink, brown, yellowish red
colors. Ancient potters freed clay vessels from these colors and found a
technological method to give them black and gray colors. When they discovered
this method, they were based on the physical law, the law of expansion of
substances from heat and compression from cold.
The distribution area of
polished black ceramics was wider. The development of this type of ceramics
began in the Eneolithic period and reached its highest peak in the Bronze Age.
This type of ceramics includes Khanlar, Mingachevir, Dashkasan, Gazakh, etc. it
often happens in the territory of the regions. These ceramic dishes attract
attention more with their decoration than with their shape. Our archaeologists
also put forward the idea that the pattern elements found on this type of
ceramic samples are not ordinary decorations, but ancient writing types
(pictograms). Inscribed vessels of this type were especially found in the
ancient settlement of Babadarvish in the Kazakh region. At that time, there
were mainly two methods of drawing and pattern samples found on black ceramics.
One of them was scratching, and the other was incrustation. It should also be
noted that during this period, black ceramic culture passed its high
development stage not only in North Azerbaijan, but also in South Azerbaijan.
Glazed dishes
Starting from the 9th century,
clay solution called angob was used in Azerbaijan to enrich the artistic design
of glazed vessels. The angob had to be made of such clay that it retained its
natural color after being baked in the sphere. Angobe clays can be white, red,
pink, yellow and other colors. Angob mortar was applied to both the inner and
outer surface of the pottery, covering its natural red or gray color. Thus, the
engobe provided a smooth and colorful background for the images and patterns
painted in lion.
Glazed dishes had three
functions: they were used for serving food, and they decorated rooms and
tables. In addition, the vessels were also used for memorial purposes. That is
why we find fragments of poems, Qur'anic verses or the names of potters in many
pots.
Starting from the end of the
first Middle Ages, the production of artistic ceramics in Azerbaijan reached a
higher level. During this period of growth, which lasted until the Mongol
invasion, there was a strong quantitative and qualitative change in ceramics.
The emergence of the foot-driven wheel, the beginning of the production of glazed
vessels in various pottery centers, and the mass application of polychrome
ceramics created more favorable conditions for the production of high-quality
pottery. Along with ornamental compositions, plot motifs are also found on
ceramic vessels. Such compositions are more common in large decorative clouds.
During this period, the spread of ceramic art covered almost all cities and
provinces of Azerbaijan. As a result of archaeological excavations conducted in
many settlements, including Beylagan, many materials were found that prove the
high level of production of unglazed and glazed vessels in Azerbaijan.
During the Safavid era
The new stage in the
development of ceramic art is the Kubar art of the Safavid era. In many cases,
the variety, shape and decor of ceramic vessels made by professional artisans
in the palace quarries establish the sophistication, elegance and grandeur
typical of the palace culture. Such palace ceramics in many cases influence the
development of folk crafts and lead to the increase of decorative qualities in
mass production.
During the Safavid era, along
with the pottery direction of ceramic art, a new direction of architectural
ceramics flourished. The art of kashikari, which decorated palaces, mansions
and religious buildings, demonstrated the new artistic possibilities of
ceramics. Ornamental and patterned tile painting defined the leading decorative
systems of interiors and exteriors. Such decor systems created in the form of
decorative ceramic panels become an integral part of palace architecture.
The production of ceramic
tableware also reaches a high stage during this period. On Safavi ceramics,
which are characterized by delicacy, there are very dense ornamental
compositions and plot compositions reflecting classical literary plots, which
benefit from book miniatures. Plot motifs reflecting palace life, everyday
life, and characters are depicted with great delicacy on porcelain.
Household ceramics during the Khanate period
In the second half of the 18th
century - the beginning of the 19th century, when the independent Azerbaijani
khanates existed, we can talk more about household ceramics as the leading
field of pottery production. Azerbaijani potters made a lot of clay products
used in different areas of everyday life. Studies show that pottery products
used in households are divided into several groups according to their purpose.
Among them, water containers, food containers, containers for dairy products,
containers intended for heating and lighting houses occupied the main place.
Several types of water
containers used only in households are used for carrying water (sahang, kurdak,
bardak, sarhang, kuza), for storing water and serving it on the table (jug,
pitcher, gurgur, dolza, parch, taygulp), for washing and ablution (aftafa). ,
barrel, etc.) a number of pottery vessels with different purposes were
produced. In general, potters in the Middle Ages were able to produce more than
50 different types of dishes.
In the archival documents and
other written sources of the Khanate period, Shamakhi, Shaki, Ardabil, Tabriz,
Nakhchivan, Ganja, Ordubad, etc. of Azerbaijan are mentioned. information about
the production of pottery in the cities. From this information, it is clear
that in many villages of Sheki Khanate and Nukha, clay pots were made. There
were 29 pottery makers in the city of Sheki alone.
Compared to other khanates,
there is more information about pottery production in Nakhchivan Khanate. But
in most cases, these data repeat each other. During the occupation of
Nakhchivan Khanate by Russia, 12 pottery workshops were operating in each of
the cities of Nakhchivan and Ordubad. One of the pottery workshops in Ordubad
was located in an abandoned caravanserai. There is also information about the
operation of a pottery workshop belonging to Ehjan Khan, the judge of
Nakhchivan, in the Tazakend settlement of the khanate.
It can be assumed that pottery
production also existed in Baku. Different types of clay deposits around the
city created favorable conditions for the production of pottery. In 1946,
during the excavations carried out in the fortress part of the city, a large
number of glazed vessels belonging to the XVII-XVIII centuries - bowls, plates,
bowls, etc. it was found that most of them were products of local production.
In this period, together with
pottery, the art of spoon-making also flourished. Tiled and ornamental panels
decorating the palaces of feudal rulers, censers, and the external surfaces of
bathroom walls are enriched with decorative compositions made of ceramic
plates. The palace of the Sheki Khans reflects the synthesis of ceramic decor
and wall painting decor.
In the 19th and 20th centuries
At the beginning of the 19th
and 20th centuries, ceramic panels already decorated the mansions of Baku
millionaires. Decorative motifs typical of the classical Muslim East are united
here with motifs characteristic of European decorative and visual arts. On a
ceramic plate discovered near the city of Agsu and found from the remains of a
palace complex dating back to the 19th century, the plot of "lover -
lover" according to the style of the Qajars is depicted. The flourishing
of palace culture during the Gajar period gave a strong impetus to the
development of ceramic art. The range of ceramic ware expands, and in keeping
with this style, tableware, various jugs, hookahs, pen holders and lamps are
decorated with motif medallions. Mainly the depiction of miniature portraits,
love scenes and pastimes on ceramic objects in the above-glaze and under-glaze
method is spreading as a leading fashion.
In the 20th century and in the
modern era, artistic ceramic art continued the rich traditions in this field
and was enriched with new technological methods. Along with the introduction of
more complex ceramic forms, ceramic artists also created innovations in the
means of decorative expression.
The development of ceramics in
the first half of the 20th century was related to Latif Karimov. His works
include the emblem of the Republic in a medallion (1939), a vase decorated with
cotton flowers and stems. Also, in 1962, new forms of dishes began to appear,
such as the coffee set designed by G.U. Huseynov. New designs of traditional
forms also began to be developed. In L. Agamalova's "Decorative
vase", the artist moved away from the blue and black glaze that he
previously loved, created and used for mass-produced products, and turned
entirely to traditional folk ceramics. In addition, ceramics were decorated
with miniature paintings (Tabriz miniature school). O. Y. Shikhaliyev's
"Farhad and Shirin" vase (1958) is an example of this
Ceramic works from the ceramic
workshop of the Art Fund, which operated in Azerbaijan during the Soviet era,
and their authors were awarded diplomas and certificates at many all-Union and
international exhibitions. Zahid Huseynov, Adalat Bayramov, Saleh Mammadov, Imran
Karimov, Naila Sultanova, Aygun Aliyeva, Nagy and others are among the modern
ceramic masters. names can be mentioned. Ceramic panels, tableware, ceramic
park sculpture and other modern ceramic art trends reflect the current stage
and level of development of this ancient art.
In the Soviet era, mass
production of porcelain and earthenware figurines began. Figures from satirical
stories of folk sage Molla Nasreddin, characters from composer Uzeyir
Hajibeyov's operetta "Arshin mal alan", and H. Abdullayev's
"Seven beautiful" porcelain figurines made of porcelain and
earthenware can be cited as examples.
In the 1970s and 1980s, one can
cite Zahid Huseynov, Sh. Abbasov, Mazahir Avshar, Eldar Mammadov, and others as
expert ceramic artists who studied in Moscow, St. Petersburg, Tbilisi, and
other cities. Mazahir Avshar is famous for his composition
"Khurramilar", "Afsharan" vase, artistic trays dedicated to
"Nasimi", ceramic "Totem" monument in Turkey.
In the 1950s, majolica, considered one of the interesting types of artistic ceramics, began to develop widely. The majolica, created in the local production base, began to be widely used in the decorative decoration of many public and administrative buildings. From the end of the 1980s, decorative ceramic compositions were widely used in the interiors and exteriors of public buildings and metro stations. For example, in the "Green Theater", on the facade of the air conditioner plant, in the interior of the Children's dental clinic and "May 28" metro station, at the entrance of the city of Shamakhi, a fireclay ceramic panel called "The history of the development of Shamakhi" (Nicat Gocamanlı, 1979), Deniz edge It is possible to point to the layout of the Puppet Theater (Rasim Rzayev, 1986) on the boulevard.