Daxili məhsul
Aşağı
temperaturlu şirələr (900-10200C):
Aşağı
temperaturda bişən şir bisküvi üzərində şəffaf və ya ağ şüşəşəkilli səth əmələ
gətirir;
Aşağı
temperaturda bişən şir bor silikat frit əsasında hazırlanır;
Şirənin 0063№-li ələkdən
süzüldükdə qalıq 1%-in altındadır;
Şirin özülülüyü
VZ-4 viskozimetrində 12-15 san təşkil edir;
Şirin işçi
sıxlığı 1,35-1,48 q/sm3 təşkil etməlidir;
Şir bisküvi üzərinə
çəkilməzdən öncə yaxşı qarışıdırılıb süzülməlidir;
Şir ağzı bağlı
qabda saxlanılmalıdır;
Aşağı
temperaturda bişən şir çəkilməzdən öncə bisküvi hava şırnağı altında tozdan və
çirkdən tam təmizlənməlidir;
Şir çəkilmiş məmulatlar
sobaya qoyulmazdan əvvəl yaxşıca qurudulmalıdır;
Şirləmə prosesi
daldırma, tökmə və ya pulverizasiya ilə həyata keçirilir;
Məmulatın hər hansı bir yerinin şirlənməsi nəzərdə tutulmursa, həmin sahə parafinin xüsusi tərkibli məhlulu ilə işlənə bilər;
Aşağı temperaturda bişən şir 800-9000C-də bişirilmiş bisküvi üzərinə çəkilib 900-10000C-də bişirilir. Bu temperatur sobanın ölçülərindən, müəyyən olunan bişmə rejimindən asılı olaraq dəyişə bilər və təcrübə yolu ilə təyin edilir.