Daxili məhsul
Seramik rəngli şirlər – emallar:
Seramik rəngli şirlər bisküvi üzərində rəngli
şüşəşəkilli səth əmələ gətirir;
Seramik rəngli şir natrium bor silikat
frit əsasında müvafiq rəngdə piqmentlər əlavə edilib üyütməklə hazırlanmışdır;
Şirənin 0063№-li ələkdən süzüldükdə qalıq
1%-in altındadır;
Şirin özülülüyü VZ-4 viskozimetrində 12-15
san təşkil edir;
Şirin işçi sıxlığı 1,40-1,48 q/sm3 təşkil
etməlidir;
Şir bisküvi üzərinə çəkilməzdən öncə yaxşı
qarışıdırılıb süzülməlidir;
Şir ağzı bağlı qabda saxlanılmalıdır;
Rəngli şir çəkilməzdən öncə bisküvi hava
şırnağı altında tozdan və çirkdən tam təmizlənməlidir;
Şir çəkilmiş məmulatlar sobaya qoyulmazdan
əvvəl yaxşıca qurudulmalıdır;
Şirləmə prosesi daldırma, tökmə və ya
pulverizasiya ilə həyata keçirilir;
Məmulatın hər hansı bir yerinin şirlənməsi nəzərdə tutulmursa, həmin sahə parafinin xüsusi tərkibli məhlulu ilə işlənə bilər;
Seramik rəngli şir 1040-10600C-də bişirilmiş bisküvi üzərinə çəkilib 1040-10500C-də bişirilir. Bu temperatur sobanın ölçülərindən, müəyyən olunan bişmə rejimindən asılı olaraq dəyişə bilər və təcrübə yolu ilə təyin edilir.