Məxfilik



Jade E Services (Azerbaijan PVT Limited) tərəfindən idarə olunan NARGİSPORCELAİN.COM vebsaytına (“Sayt”) daxil olduğunuz üçün təşəkkür edirik. Şəxsi məlumatlarınıza hörmət edir və onları qorumaq istəyirik. Daha ətraflı məlumat əldə etmək üçün, zəhmət olmasa, bu Məxfilik Siyasətini oxuyun. Məxfilik Siyasətində şəxsi məlumatınızın necə toplandığı, istifadə olunduğu və (müvafiq şərtlər daxilində) açıqlanması öz əksini tapıb. Burada həmçinin şəxsi məlumatınızın qorunması üçün atdığımız addımlar izah olunur. Nəticədə, bu Məxfilik Siyasəti şəxsi məlumatınızın toplanması, istifadəsi və açıqlanması ilə bağlı seçimlərinizi izah edir. Bu Sayta bir başa və ya digər saytlardan daxil olmaqla siz bu Siyasətdə qeyd olunmuş qaydaları qəbul edirsiniz. Məlumatın qorunması etibar tələb edir və Sizin məxfiliyiniz bizim üçün mühümdür. Bu səbəbdən də, adınız və sizinlə bağlı digər məlumatlardan Məxfilik Siyasətində qeyd olunmuş qaydada istifadə olunur. 
Biz yalnız lazım olduqda və sizinlə əlaqə saxlamaq məqsədilə məlumat toplayırıq. Məlumatınızı qanunla tələb olunan və ya onu toplama məqsədimiz üçün yararlı olduğu müddətdə saxlayırıq. Fərdi məlumatlarınızı daxil etmədən sayta daxil ola və göz gəzdirə bilərsiniz. Sayta daxil olduğunuz zaman adınız anonim olur və Saytda hesabınız olmadıqda və siz sayta istifadəçi adı və ya parolunuzu yığmaqla daxil olmadıqda biz sizin kimliyinizi müəyyən edə bilmərik. 

 

Topladığımız məlumatlar

Saytda məhsul sifarişini yerləşdirmək istəsəniz Sizə aid bir çox məlumat toplaya bilərik.

Sizin Saytdan məhsul almağınızı və ya hər hansı bir tələbinizi təmin etmək və sizə xidmət göstərmək məqsədi ilə Sizdən məlumatınızı toplayır, saxlayır və araşdırırıq. Vəzifə, ad, cins, doğum tarixi, e-mail ünvanı, poçt ünvanı, çatdırılma ünvanı (əgər fərqlidirsə), telefon nömrəsi, mobil nömrə, faks nömrəsi, ödəniş məlumatı, ödəniş kartı və ya bank hesabı haqqında məlumatlar daxil olmaqla şəxsi məlumatlarınızı toplaya bilərik

Bizə verdiyiniz məlumatlardan istifadə edərək sizin sifarişlərinizi rəsmiləşdirir və sizi vebsaytımızda təklif olunan və tələblərinizə uyğun xidmətlərlə və məlumatlarla təmin edirik. Bundan əlavə, bizə verdiyiniz məlumatdan istifadə edərək Sizin hesabınızı idarə edirik; onlayn etdiyiniz ödənişlərlə bağlı maliyyə əməliyyatlarını yoxlayıb, həyata keçiririk; vebsaytımızdan məlumatın yüklənməsini yoxlayırıq; vebsaytımızın tərtibatı və / və ya məzmununu təkmilləşdirərək, istifadəçilərin istəyinə uyğun təşkil edirik; vebsaytımızın istifadəçilərini müəyyən edirik; istifadəçilərin demoqrafiyaları ilə bağlı araşdırma aparırıq; və nəhayət siz məlumatları əldə etməyə etiraz etməmisinizsə, bizim məhsul və xidmətlərimiz haqqında məlumatlar daxil olmaqla sizin üçün əhəmiyyətli olan və bizdən xahiş etdiyiniz məlumatları sizə göndəririk. Sizin razılığınıza əsasən digər məhsul və xidmətlərimiz barədə məlumatları e-mail vasitəsilə sizə göndərə bilərik. Marketinq məlumatlarını qəbul etmək istəməsəniz, istənilən zaman imtina edə bilərsiniz. 

Məhsulun sizə çatdırılmasını həyata keçirmək üçün adınızı və ünvanınızı üçüncü tərəfə (məsələn, bizim kuryer və ya təchizatçımız) göndərə bilərik.

Saytımız vasitəsilə həyata keçirilən ödənişlər müvafiq təmsilçimiz tərəfindən rəsmiləşdirilir. Siz Bizə, Təmsilçimizə və ya saytımıza doğru məlumatları təqdim etməli və saxlamalısınız, həmçinin hər hansı bir dəyişiklik olarsa məlumatları yeniləməlisiniz. Sifarişləriniz barədə məlumatlar bizdə saxlanıla bilər, lakin təhlükəsizliyi təmin etmək məqsədi ilə tərəfimizdən əldə edilə bilməz. Digər tərəfdən isə, Siz saytımızdakı hesabınıza daxil olmaqla bu məlumatı əldə edə bilərsiniz. Burada siz tamamlanmış, cari və qısa müddətdə göndərilmək üçün gözləyən sifarişləriniz barədə məlumatlarınıza baxa bilər və ünvanınız, bank hesabı və abunə olduğunuz xəbər bülleteni haqqında məlumatlarınızı yoxlayıb, dəyişə bilərsiniz. Sayta daxil olma haqqında şəxsi məlumatlarınızın məxfiliyi barədə məsuliyyət daşıyırsınız və icazəsi olmayan üçüncü tərəflərə məlumat verməməlisiniz. Bizim səhvimiz olmadıqda parolun yalnış istifadəsi üçün məsuliyyət daşımırıq.

Bizə fərdi məlumatınızı təqdim etməyi seçsəniz, həmin məlumatrın serverimizdə yerləşdirilməsinə və saxlanmasına razılıq vermiş olursunuz

 

Şəxsi məlumatınızdan digər məqsədlərlə istifadə

Biz bazarın araşdırılması və rəylərin verilməsi üçün şəxsi məlumatınızdan istifadə edə bilərik. Məlumatlarınız anonim saxlanır və yalnız statistik məqsədlər üçün istifadə olunur. İstənilən zaman bundan imtina edə bilərsiniz. Sizdən tamamlamağınızı xahiş etdiyimiz sorğuların cavabları üçüncü tərəflərə göndərilmir. Siz yalnız müsabiqələrdə iştirak etmək istədikdə, email ünvanınızı açıqlamalısınız. Sorğularımıza verdiyiniz cavabları email ünvanınızdan ayrı saxlayırıq. 

Həmçinin, Sayt haqqında digər məlumatları, digər vebsaytlar, məhsullarımız, satış reklamları, xəbər bülletenləri, və ya qrupumuz tərkibində olan biznes tərəfdaşlarımızla bağlı istənilən məlumatları sizə göndərə bilərik. Siz bu əlavə məlumatları bu paraqrafda (və ya onun hər hansı bir hissəsində) təfsilatı ilə qeyd edildiyi kimi əldə etmək istəmədikə, sizə göndərdiyimiz istənilən emaillərdə "abunəni ləğv etmək" linkini sıxın. Təlimatınızı aldıqdan sonra 7 iş günü ((i) Şənbə, Bazar və Azərbaycanın istənilən yerində (ii) ictimai bayramlar istisna olmaqla) ərzində yuxarıda qeyd olunan məlumatların göndərilməsi dayandırılacaqdır. Təlimatınız aydın olmadıqda, sizinlə əlaqə saxlayacağıq. 

Qeyd olunanlardan əlavə olaraq Sayt istifadəçiləri haqqında məlumatları anonimləşdirərək ondan müxtəlif məqsədlər üçün istifadə edə bilərik. Bura istifadəçilərin mövcud olduğu yerləri dəqqiləşdirmək, Saytın hansı funksiyalarından daha çox istifadə edilməsini aydınlaşdırmaq və ya həmin anonim məlumatların üçüncü tərəfə (onu nəşr edənlərə) ötürmək də daxildir. Həmin anonim məlumat vasitəsilə sizin kimliyinizi müəyyən etmək mümkün deyil. 

 

Məlumatınızın açıqlanması

Hüquqi tələblərə cavab vermək, siyasətimizi təkmilləşdirmək, digərlərinin hüquqlarını pozan siyahı və ya digər mövzularla bağlı iddialara cavab vermək üçün şəxsi məlumatlarınızı aça bilərik. Bu məlumatlar müvafiq qanun və ya qaydalara uyğun açıqlanır. Həmçinin aşağıda sadalanan hallar baş verdiyi zaman şəxsi məlumatınızı açıqlaya bilərik:

1. Məlumat və xidmətləri (Məsələn, qeydiyyat, əməliyyat və müştəriyə dəstək) təmin etmək, qeyri qanuni aktları və siyasətimizin pozulduğunu aşkar etmək, qarşısını almaq və üçüncü tərəflərin məhsul, xidmət və əlaqələri barədə qərar vermək məqsədi ilə. Xidmətlərindən istifadəni təsdiq etymisinizsə, bu üçüncü tərəflər həmin məlumatlardan sizə marketinq məlumatlarını göndərmək üçün istifadə edəcək.

2. Müqaviləyə əsasən müştəriyə xidmət (Məsələn, fırıldaqların araşdırılması, ödənişlərin toplanması, mükafatlandırma proqramları və müştəriyə dəstək) göstərmək göstərmək üçün əməkdaşlıq edən təşkilatlara.

3. Məlumatınızı (Məsələn xidmətlərdən istifadə edərkən təsdiq edildiyiniz və ya razılıq verdiyiniz şəxslərə) göndərmək istyədiyiniz digər üçüncü tərəflər.

4. Hüquq-mühafizə orqanları, digər dövlət orqanları və ya üçüncü tərəflər cinayət işi ilə bağlı istintaq, iddia edilən qanunsuz fəaliyyət və ya digər qanunsuz halların araşdırılması hallarda Kamu təşkilatını və ya onun hər-hansı istifadəçisini hüquqi məsuliyyətə cəlb edilməsi üçün. Açıqladığımız şəxsi məlumata sizin istifadəçi adınız, tarixçəniz, adınız, qeydiyyatda olduğunuz şəhər, ölkə, telefon nömrəsi, e-mail ünvanı, dələduzluqla bağlı şikayətləriniz və müvafiq hesab etdiyimiz digər məlumatlar daxil ola bilər.

5. Digər qurumlar saxtakarlıq, intellektual mülkiyyətin pozulması və ya digər qeyri-qanuni fəaliyyətlə bağlı müraciyət etdikləri halda, məxfilik müqaviləsinin şərtlərini və qanunların mühüm olmalarını nəzərə alaraq, bu qurumlara məhdud məlumatları (Məsələn, adı, küçənin ünvanını, şəhər, ölkə, poçt kodu, telefon nömrəsi, email ünvanı və şirkətin adını) açıqlaya bilərik.

6. Birləşməyi planlaşdırdığımız və ya tabeçiliyinə keçəcəyimiz digər biznes müəssisələrə (Belə hallar baş verərsə, tərəfimizdən yeni müəssisədən sizin şəxsi məluamtınızla bağlı siyasətlərimizə əməl etməyi tələb edəcəyik, əks təqdirdə Siz dərhal məlumatlandırılacaqsınız).

 

Müsabiqələr

Müsabiqə keçirilən zaman qaliblərə bildiriş vermək və təkliflərimizi irəli sürmək üçün həmin məlumatlardan istifadə edirik. Ətraflı məlumatları (tələb olunarsa) hər bir müsabiqənin iştirak şərtlərindən əldə edə bilərsiniz.

 

Üçüncü tərəflər və linklər

Sizə aid məlumatları qrupumuz daxilində digər şirkətlərə göndərə bilərik. Məxfilik Siyasətimizdə qeyd olunduğu kimi məlumatlarınızın istifadəsi zamanı bizə kömək etmək üçün təmsilçi və ya subpodratçılarımıza da həmin məlumatları göndərə bilərik. Məsələn, məhsulların sizə çatdırılması, sizdən ödəniş haqqlarının alınması, məlumatın yoxlanması, marketinq və müştəri xidmətlərin təqdim edilməsi zamanı üçüncü tərəflərin köməklərindən istifadə etdiyimiz halda. Həmçinin, dələduzluğun qarşısını almaq və kredit risklərini azaltmaq üçün də məlumatları üçüncü tərəflərlə bölüşə bilərik. Biznesimizi və ya onun bir hissəsini satdığımız zaman şəxsi məlumatınızdan ibarət məlumat bazamızı transfer edə bilərik. Bu Məxfilik Siyasətində qeyd olunanlardan başqa, sizin razılığınız olmadan şəxsi məlumatınızın üçüncü tərəfə satılması və ya ötürülməsini həyata keçirmirik. Saytda həmçinin üçüncü tərəflərin və digər saytların əlaqə linkləri və reklamları ola bilər. Zəhmət olmasa nəzərə alın ki, həmin üçüncü tərəflərin, digər saytların və ya məlumatınızı göndərdiyimiz hər hansı bir üçüncü tərəfin Məxfilik Siyasətinə görə məsuliyyət daşımırıq.

 

Spam, casus proqramı və informasiyanın sızdırılması

Biz və istifadəçilərimiz spama qarşıyıq. “NARGİSPORCELAİN” əlaqə seçimlərinizi öz istəyinizə uyğun olaraq müəyyən edin ki, sizinlə istəyinizə uyğun əlaqə yarada bilək. Digər ‘NARGİSPORCELAİN’ istifadəçilərin razılığı olmadan onlarla əlaqə saxlaya bilməzsiniz. Zəhmət olmasa, müvafiq spam və ya ‘NARGİSPORCELAİN’ –a göndərilən yalnış emaillərlə bağlı bizə məlumat verin. İstifasdəçi Müqaviləsinə müvafiq olaraq bizim əlaqə vasitələrimizdən istifadə edərək spam və ya digər zərərli mətn göndərə bilməzsiniz.

 

Hesabın Qorunması

Partolunuz hesabınızın açarıdır. Çətin nömrə, hərf və xüsusi işarələrdən istifadə edin və ‘NARGİSPORCELAİN’ parolunuzu heç kimə deməyin. Parol və ya şəxsi məlumatınızı digərləri ilə bölüşsəniz, yadda saxlayın ki, hesabınızla bağlı bütün əməliyyatlara görə məsuliyyət daşıyırsınız. Parolunuzun idarə olunmasını əldən versəniz şəxsi məlumatınızı idarə etməniz mümkün olmayacaq və adınızdan hüquqi tələblərin həyata keçirilməsinə səbəb ola bilər. Ona görə də, parolunuz hər hansı bir səbəbdən silinərsə, bu haqda dərhal ‘NARGİSPORCELAİN ’ ə məlumat verin və parolunuzu dəyişin. 

 

Təhlükəsizlik

Məlumatlarınız bizim serverdə saxlanılır. Sizin məlumatınızı əsas vəsait olaraq qəbul edirik və digərlərin icazəsiz olaraq bu məlumatlara daxil olmaması üçün bir çox alətlərdən (kodlaşdırma, parol, fiziki mühafizə və s.) istifadə edərək onun gorunmasını təmin edirik. Lakin, bildiyiniz kimi, üçüncü tərəflər bəzən qanunsuz olaraq köçürmələrinizi və ya şəxsi yazışmalarınızı əldə edə bilərlər və ya digər istifadəçilər saytdan əldə etdikləri şəxsi məlumatlarınızdan sui-istifadə və ya dələduzluq üçün istifadə edə bilərlər. Bununla əlaqədər olaraq, şəxsi məlumatlarınızın gorunması üçün mümkün olan bütün səylərimizə baxmayaraq, bu məlumatların daim məhfi galacaqlarına vəd etmirik.

 

Cookie fayllar

Sayta daxil olmaq üçün Cookie faylların qəbul edilməsi tələb olunmur. Lakin, qeyd etmək istərdik ki, Saytda 'səbət' funksiyalarından istifadə etmək və sifariş vermək yalnız Cookie faylların aktiv olunması ilə mümkündür. Cookie fayllar Saytımızda hər hansı bir səhifəyə daxil olarkən serverimizin sizin kompüterinizi müəyyən etməsi üçün lazım olan kiçik fayllardır və onlar İnternet brauzeriniz tərəfindən komputerinizin sabit diskində (hard disk) saxlanılır. Cookie fayllar Sayta daxil olarkən İnternet Protokol ünvanınızı müəyyən etmək üçün istifadə oluna bilər. Biz Cookie fayllardan sizin haqqınızda hər hansı bir digər məlumatı əldə etmək və ya ondan istifadə etmək məqsədi ilə deyil (məs., reklam məqsədilə), Sayta daxil olarkən rahatlığınızı təmin etmək üçün istifadə edirik (məsələn, alış-veriş kartınızda dəyişiklik etmək istədiyiniz zaman email ünvanınızı yenidən daxil etmədən sizin kim olduğunuzu xatırlamaq). Brauzeriniz Cookie faylları qəbul etməyə bilər, lakin bu sizin Saytdan istifadənizi məhdudlaşdıracaq. Sizi bir daha əmin edirik ki, Cookie fayllardan şəxsi məqsədlərlə istifadə etmirik və onların virus daşıma ehtimalı yoxdur. Cookie fayllar haqqında ətraflı məlumat əldə etmək istəsəniz, http://www.allaboutcookies.org və ya onları brauzerinizdən silmək üçün http://www.allaboutcookies.org/manage-cookies/index.html linkinə daxil olun 

Bu vebsayt Google, Inc. ("Google") tərəfindən təmin olunan veb analitik xidməti olan Google Analytics-dən istifadə edir. Google Analytics istifadəçilərin vebsaytdan necə istifadə etdiklərini təhlil etmək üçün kompüterinizdə yerləşdirilən mətn faylları olan Cookie fayllardan istifadə edir. Sizin vebsaytdan istifadəniz barədə Cookie fayllar tərəfindən yaradılan məlumatlar (İP ünvanı daxil olmaqla) Amerika Birləşmiş Ştatlarında Google tərəfindən serverlərə ötürülür və orada saxlanılır. Google vebsayt operatorları üçün vebsaytdan istifadə barədə hesabat hazırlayaraq və vebsayta daxil olma və internetdən istifadə ilə bağlı digər xidmətləri göstərərkən sizin vebsaytdan istifadənizi qiymətləndirmək üçün bu məlumatlardan istifadə edir. Google qanunla tələb olunan və ya bu tərəflər Google adından məlumatı təhlil etdiyi halda bu məlumatları üçüncü tərəflərə ötürə bilər. Google sizin İP ünvanınızı Google tərəfindən əldə edilən digər məlumatla əlaqələndirmir. Brauzerinizdə müvafiq parametrləri seçməklə Cookie faylların istifadəsindən imtina edə bilərsiniz, lakin, bu zaman bu vebsaytın funksiyalarından tam istifadə edə bilməyəcəksiniz. Bu vebsaytdan istifadə etməklə haqqınızda olan məıumatların Google tərəfindən yuxarıda qeyd edilən qaydada yoxlanmasına icazə verirsiniz. 

 

Məxfilik

Məlumatlarınıza icazəniz olmadan daxil olunmasının, onların təsadüfən itməsinin və ya məhv edilməsinin qarşısını almaq üçün bizim müvafiq texniki və təhlükəsizlik tədbirlərimiz mövcuddur. Sayt vasitəsilə Sizdən məlumat əldə edərkən onları mühafizə olunan serverdə toplayırıq. Serverlərimizdə firewalldan istifadə edirik. Ödəniş kartları haqqında məlumatları elektron yolla əldə etdikdə biz Secure Socket Layer (SSL) kodlaşdırmadan istifadə edirik. Təhlükəsizliyinizə 100% zəmanət vermədiyimizə baxmayaraq, məlumatlarınızın bu cür şifrələnməsi xakerlərin işini xeyli mürrəkəbləşdirir. Tövsiyyə edirik ki, kredit və ya debit kredit kart haqqında ətraflı məlumatı kodlaşdırılmayan elektron əlaqələrlə göndərməyəsiz. Məlumatınızın toplanması, saxlanması və ya yayılması ilə bağlı fiziki, elektron və prosessual təminatlarımız mövcuddur. Təhlükəsizlik prosesləri bəzən şəxsi məlumatlarınızı sizə ötürməzdən əvvəl şəxsiyyətin təsdiq olunmasını xahiş edirik. Parol və kompüterinizə kənar şəxsrlərin daxil olmasının qarşısını almağa məsuliyyət daşıyırsız.

 

Hüquqlarınız

Məlumatlarınız barədə narahatsınızsa, bizdə olan və ya təhlil etdiyimiz şəxsi məlumatınıza daxil olmağı tələb etməyə haqqınız var. Heç bir ödəniş etmədən məlumatınızı düzəltməyimizi bizdən tələb edə bilərsiniz. Marketing məqsədi ilə məlumatlarınızdan istifadə etməyimizi İstədiyiniz anda dayandırmaq hüququnuz var.

 

Ümumi

Bu sayt vasitəsilə dəyişiklikıər edilmiş şərtləri göndərməklə Məxfilik Siyasətinə istənilən vaxt dəyişiklik edə bilərik.