Haqqımızda

Hörmətli tərəfdaşlar!

       Tərkibində ölkəmizin tanınmış rəssam və heykəltəraşlarını, texnoloqlarını, model və qəlibçilərini birləşdirən  “Nargis Porcelain” firması Azərbaycanda ən müasir texnologiyalar və xüsusi xammal materialları əsasında keramikadan (çini, yarımçini və saxsıdan) nəfis şəkildə bəzədilmiş milli suvenirlərin istehsalı ilə məşğuldur. Suvenirlərimizdə milli adət-ənənələrimiz, onların məşhur personajları, milli ornamentlərimiz, tarixi abidələrimiz, milli atributlarımız, geyimlərimiz, mətbəximiz, qədim sənətkarlıq elementləri, nağıl və ədəbi qəhrəmanlarımızın obrazları, Azərbaycanın təbiət mənzərələri və s. əbədiləşdirilir. Bundan əlavə istək və arzularınıza uyğun olaraq müxtəlif ölçülü vazalar, boşqablar, bardaqlar üzərində miniatürlər, loqolar, şəkillər, simvollar,  mətnlər, o cümlədən yubiley, ad günləri, toy və s. ilə əlaqədar təbrik mətnləri işlənə bilər, interyer elementləri, heykəllər və s. hazırlana bilər. Həmçinin qədim keramik ev əşyalarının nüsxələri, muzey eksponatlarının replikaları, müxtəlif memarlıq elementləri, barelyef və qorelyeflər işlənə bilər. Keramik hədiyyəliklər xarici və yerli qonaqlar üçün tarixin təcəssümü kimi uzunömürlü, gözəl və əvəzolunmaz hədiyyəliklərdir. Bütün növ dizayn və tərtibat işlərində, vitrinlərin, ev və iş otaqlarının, studiyaların və s. bəzədilməsində müvəffəqiyyətlə istifadə oluna bilər. Hədiyyəliklərimizin qiymətləri müasir dövrün tələblərinə uyğundur, baha deyil, topdan satış qiymətlərimizdə ciddi endirimlər mümkündür.

        Əziz dostlar, Sizinlə faydalı əməkdaşlığa ümid edirik və bundan şərəf duyacağımızı dilə gətiririk.

        Hörmətlə: “Nargis Porcelain” şirkətinin rəhbərliyi.